SORGU Koronavirusa görə Azərbaycanda məktəblər bağlanacaq? - <font color=red> Rəsmi cavab</font>

Koronavirusa görə Azərbaycanda məktəblər bağlanacaq? - <font color=red> Rəsmi cavab</font>

27 messages.02 20:39 - 2020 Ölkə

"Bu gün orta məktəblərdə, o cümlədən ali təhsil ocaqlarında hər hansı bir məhdudiyyət tətbiq etməyə ehtiyac yoxdur"

 

Buta.ws "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu "Real TV"-yə müsahibəsində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

 

R.Bayramlı bildirib ki, indiki durumda hər hansı təşvişə gərək yoxdur: "Bəzi universitetlərimizdə xaricdən oxuyan tələbələr var idi. Onlar özləri bizə müayinə olunmaq üçün müraciət etdilər. Onlardan götürülən analizlərin cavabı neqativ çıxıb. Yəni, hər hansı təşvişə ehtiyac yoxdur.  Amma universitetlərimiz bir məsələyə xüsusi diqqət yetirməlidirlər. Bəzi tələbələr var ki, onlar riskli  bölgələrdə yaşayırlar. Onlar da, onların tələbə yoldaşları da diqqətli olsunlar. Belə bir fakt görən kimi, bizim müəsissələrə müraciət etsinlər. Orta məktəblərdə isə şəxsi gigiyena qaydalarına riayət edilməsindən başqa, xüsusi tədbir görməyə ehtiyac yoxdur. Əgər görsək, rəsmi olaraq müraciət edəcəyik".