vaxtdna kenarSORGU Koronavirusa yoluxmuş iranlıya Gürcüstanlılardan qəribə reaksiya - <font color=red> VİDEO - FOTO</font>

Koronavirusa yoluxmuş iranlıya Gürcüstanlılardan qəribə reaksiya - <font color=red> VİDEO - FOTO</font>

28 messages.02 13:24 - 2020 Dünya

Xəbər verdiyimiz kimi Gürcüstanda ilk koronavirus faktı qeydə alınıb.

 

Buta.ws milli.az-a istinadla xəbər verir ki, koronavirusa yoluxduğu təsdiqləndikdən sonra maskasız halda jurnalistlərin qarşısına çıxan iran vətəndaşı gürcüstanlı həkimlərə təşəkkür edib, ona yaxşı qulluq olunduğunu dilə gətirib.

 

Bir neçə dəqiqə sonra həkimlərdən biri onun müsahibə aldığını görüb jurnalistlərin yanından uzaqlaşdıraraq Tiflis xəstəxanasına göndərdib.

 

"O yaxşı deyil", - deyə həkim jurnalistlərə söyləyib.

 

Qeyd edək ki, adı mətbuata açıqlanmayan iranlı tələbə Gürcüstana Azərbaycandan keçib.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məsələ ilə bağlı yaydığı ötəngünkü açıqlamada bildirilir ki, xəstəliyin əlamətləri Astara gömrük-keçid məntəqəsindən Gürcüstan sərhədinə qədər məsafənin qət edildiyi 10-12 saat ərzində üzə çıxıb. Beləki, virusun inkubasiya dövrü 14 günə qədərdir və həmin müddətdə xəstəliyin simptomları gizli qala bilər. Göstərilən faktla bağlı bütün tədbirlər görülüb. Dövlət sərhədini keçmiş Gürcüstan vətəndaşları ilə təmasda olan şəxslər, o cümlədən gömrük, sərhəd, tibb işçiləri müəyyənləşdirilib və onlar tibbi nəzarətdədir.