vaxtdna kenarSORGU Təhsil Nazirliyindən müəllimin "Məsti xumar" oynamağına <font color=red> RƏSMİ MÜNASİBƏT</font>

Təhsil Nazirliyindən müəllimin "Məsti xumar" oynamağına <font color=red> RƏSMİ MÜNASİBƏT</font>

29 messages.02 14:38 - 2020 Cəmiyyət

Təhsil Nazirliyi sosial şəbəkələrdə rəqs videosu yayılan müəllimə bağlı açıqlama verib.

 

Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində bildirib ki, məsələ ciddi şəkildə araşdırılır.

 

“Təhsil  Nazirliyi olaraq, biz bu məsələni çox ciddi nəzarətə götürmüşük. Məsələ aydınlaşdırıldıqdan sonra müəllim haqqında qərar veriləcək”, - deyə o, bildirib.

 

Əməkdaşımızın “Müəllim bu hərəkətinə görə işdən qovula bilər?” sualına Valehov qeyd edib:

 

“Xeyr, belə bir şey gözlənilmir. Sadəcə, hələ ki, bu barədə dəqiq heç nə deyə bilmərəm”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə məktəbdə müəllimin sinifdə “Məsti Xumar” mahnısına rəqs etdiyi zaman çəkilən videosu yayılıb. Bu azmış kimi müəllim rəqs etdiyi vaxt çay içməyə başlayıb.Müəllimin məktəbdə  belə addım atması sosial şəbəkələrdə qınağa səbəb olub.