vaxtdna kenarSORGU "Gəl də bu Azərbaycana qurban olma" - <font color=red> Demet Akalın</font>

"Gəl də bu Azərbaycana qurban olma" - <font color=red> Demet Akalın</font>

29 messages.02 14:40 - 2020 Maraqlı

Türkiyənin məşhur müğənnisi Demet Akalın sosial şəbəkə hesabında paylaşdığı postla diqqət çəkib.


Buta.ws BiG.AZ-a istinadla xəbər verir ki, müğənni paylaşdığı postda Azərbaycan xalqına minnətdarlığını bildirib.
Postun şərh bölümündə qeyd olunur:

 

" Gəl də bu Azərbaycana qurban olma. Nə yaxşı ki, orada tanıdığım çox gözəl dostlarım var. Biz evdə yemək yeməyə utanarkən, gəzintilərdən fotolar paylaşan insanlar var. Bu günkü konsertimizi təxirə saldıq xəbərini yazmağa belə əlim gəlmədi. Nə qəribə dünyadır, həqiqətən. Ya bəzilərində ürək yoxdur, ya da uşaq olarkən əsgərlərimizin adını eşitməyiblər. Heç kimə zorla vicdan hissini ötürmək olmur. Lakin bir az hörmət...Sizin Paris səyahətləriniz ya da eşq həyatınız sosial mediada istəmədən də olsa mənim qarşıma çıxır. Azca da olsa insaf...Azca..".


Demet Akalının bu postuna azərbaycanlı izləyicilər də biganə qalmayıblar. Belə ki, onlar da şərh yazaraq müğənninin diqqətini təqdirəlayiq hesab edib, şəhidlərə görə başsağlığı veriblər.