SORGU Koronavirus aşkarlanan Azərbaycan vətəndaşlarının yaşları açıqlandı

Koronavirus aşkarlanan Azərbaycan vətəndaşlarının yaşları açıqlandı

29 messages.02 16:05 - 2020 Ölkə

Azərbaycanda koronavirus aşkarlanan şəxslərin yaşları açıqlanıb.

 

Nazirlər Kabineti yanın operativ qərargahdan Buta.ws-ə verilən məlumata görə, virusa yoluxan şəxslərdəmn biri 17.06.1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. O, fevralın 26-da xəstəxanaya daxil olub. Həmin şəxs 1 gün Tehranda, 3 gün Təbrizdə səfərdə olub.


Digər 29.04.1998-ci il təvəllüdlü şəxs də fevralın 26-da xəstəxanaya daxil olub və Qum şəhərindən gəlib.


Bununla da Azərbaycanda koronavirusa yoluxma faktı təsdiqlənən şəxslərin sayı 3-ə çatıb. Koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlü Rusiya vətəndaşıdır.