vaxtdna kenarSORGU Putin İrana kömək etməyə hazır olduğunu bildirib <font color=red> - SƏBƏB İSƏ...</font>

Putin İrana kömək etməyə hazır olduğunu bildirib <font color=red> - SƏBƏB İSƏ...</font>

29 messages.02 23:04 - 2020 Dünya

Rusiya və İran prezidentləri arasında telefon danışığı olub.
 

Buta.ws Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin İranda koronavirus qurbanları ilə əlaqədar Həsən Ruhaniyə başsağlığı verib.


Putin eyni zamanda yeni virusun yayılmasının qarşısının alınmasında İrana kömək etməyə hazır olduğunu bildirib.

Bundan əlavə, tərəflər gündəmdə olan bir neçə mövzuya da toxunublar.
 

Qeyd edək ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.

 

Xatırladaq ki, bundan əvvəl İran parlamentinin 5 deputatının koronavirusa yoluxduğu, iclasların müvəqqəti olaraq dayandırıldığı bildirilmişdi.
 

İran Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə təsdiqlənmiş virusa yoluxma hadisələrin sayı 593 nəfərə çatıb, onlardan 43-ü ölüb.