SORGU Hər axşam bu vasitə ilə burnunuzu yuyun <font color=red> - Koronavirusa qarşı ən effektiv üsul</font>

Hər axşam bu vasitə ilə burnunuzu yuyun <font color=red> - Koronavirusa qarşı ən effektiv üsul</font>

1 Mart 07:39 - 2020 Sağlamlıq

Koronavirus ağız və burunun selikli qişasına keçərək yuxarı tənəffüs yollarına düşür.

 

Sağlam insanlarda virus elə bu yollarda məhv ola bilər, bunu güclü immunitetin hücumçu hüceyrələri edəcək. Amma zəif immunitetli, yaşlı və xəstələrdə, xüsusən yeniyetmələrdə virus ağız və burunla orqanizmin daha dərin orqan, toxumalarına qan və limfa ilə keçə bilər.

 

Buta.ws medicina.az-a istinadən bildirir ki, koronavirusdan qorunmağın birinci yolu əlləri dezinfeksiya etməkdən keçirsə, ikinci yolu ağız və burunu dezinfeksiya etməkdir.

 

Bunun üçün hər kəs, uşaqlar da hər gün çöldən evə qayıdanda burunlarını yumalıdır.

 

9%-li natri xlor məhlulu və ya hazır satılan dəniz suyu spreyi ilə hər iki burun dəliyi yuyulur və bir burun dəliyi tutularaq digəri boşaldılır. 3 dəfə təkrarlayın.

 

Bunlar olmazsa hidrogen peroksidi bir az suda həll edib, şprisə çəkib burunu yumaq olar. Çalışın burunu bacardıqca dərin yuyun.

 

Daha sonra boğaz yenə də duzlu su və ya hidrogen peroksidi suda qatmaqla qarqara olunmalıdır.Boğazı

çay sodalı su ilə də yaxalaya bilərsiz.

İş yerində də bunları etmək olar.

 

Əsasən axşamlar çöldə olan toz, zibil, virus buruna yığılıb qaldığı üçün burun dəlikləri yuyulmalıdır.

 

Küçəyə çıxarkən buruna ekvalipt yağı damcılaya bilərsiz.