SORGU İranda olmuş əcnəbilərin ABŞ-a girişinə <font color=red> QADAĞA</font>

İranda olmuş əcnəbilərin ABŞ-a girişinə <font color=red> QADAĞA</font>

1 Mart 11:13 - 2020 Dünya

“ABŞ son 14 gün ərzində İranda olmuş əcnəbilərin ölkəyə girişinə qadağa qoyub”.
 

 

Buta.ws Bakupost-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib.

 

Pens həmçinin ABŞ vətəndaşlarına koronavirusun daha çox yoluxduğu yerlərə - İtaliya və Cənubi Koreyaya getməməyə çağırış edib.

 

ABŞ-da virusa yoluxmanın aşağı səviyyədə olduğunu deyən vitse-prezident əlavə edib ki, prezident Tramp ABŞ-a gələn vətəndaşların ciddi yoxlanılmasını təmin etmək məqsədilə Dövlət Departamentinə İtaliya və Cənubi Koreyadakı müttəfiqlərlə işləməyi tapşırıb.
 

Xatırladaq ki, Ağ Ev rəhbəri şənbə günü ABŞ-da 1 qadının koronavirusa yoluxduqdan sonra öldüyünü və 4 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.