SORGU TƏBİB-dən Azərbaycanda koronavirusa yoluxan şəxslərlə bağlı <font color=red> AÇIQLAMA</font>

TƏBİB-dən Azərbaycanda koronavirusa yoluxan şəxslərlə bağlı <font color=red> AÇIQLAMA</font>

1 Mart 12:10 - 2020 Ölkə

"Azərbaycanda koronavirus aşkarlanmış üç xəstənin vəziyyətində ağırlaşma yoxdur”.


Buta.ws xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

 

O qeyd edib ki, hazırda xəstələrin vəziyyəti stabildir.

 

TƏBİB rəsmisinin sözlərinə görə, koronavirusa yoluxan yeni xəstə yoxdur.

 

Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.


Digər şəxslərdən biri 17 iyul 1973-cü iı təvəllüdlü Azərbaycan vətəndaşıdır. Xəstəxanaya fevralın 26-da daxil olub. Həmin şəxs bir gün Tehranda, üç gün isə Təbrizdə səfərdə olub.

 

29 aprel 1998-ci il təvəllüdlü üçüncü koronavirus aşkarlanan şəxs də fevralın 26-da xəstəxanaya yerləşdirilib və Qum şəhərindən gəlib.