VAR Təhsil Nazirliyinin rəsmisindən məktəblərin bağlanması tələbinə <font color=red> REAKSİYA</font>

Təhsil Nazirliyinin rəsmisindən məktəblərin bağlanması tələbinə <font color=red> REAKSİYA</font>

1 messages.03 12:24 - 2020 Ölkə

Azərbaycanda koronavirusa yoluxma halının qeydə alınmasından sonra orta və ali təhsil müəssisələrində tədrisin dayandırılması ilə bağlı cəmiyyətdə xeyli təkliflər səsləndirilir.

 

Buta.ws musavat.com-a istinadən bildirir ki, Təhsil Nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov bu istiqamətdə görülən işlər barədə məlumat verib: "Təhsil Nazirliyi təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinin yayılmasının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və profilaktik tədbirlərlə bağlı operativ məlumatlandırmanın təmin edilməsi məqsədilə 7/24 saat fəaliyyət göstərən qərargah təşkil edib.

 

Qərargah koronavirusla bağlı daxil olan sorğu və müraciətlərin araşdırılmasını və müvafiq qərarların təxirəsalınmadan qəbul edilməsini təmin edəcək. Rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə, məktəbdənkənar təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinə koronavirus xəstəliyinin profilaktikası ilə bağlı məlumatların iş saatlarında dərhal nazirliyin müvafiq struktur bölmələrinə, qeyri-iş saatlarında Təhsil Nazirliyinin növbətçi əməkdaşına çatdırılması tapşırılıb".

 

C.Valehov həmçinin bildirib ki, vətəndaşlar təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinə aid sorğularla bağlı Nazirliyin xüsusi hallar üçün nəzərdə tutulmuş 146-2 "Qaynar xətti"nə 24 saat ərzində müraciət edə bilərlər.