vaxtdna kenarSORGU 300 milyon il əvvəl Azərbaycanın dünyadakı yeri <font color=red> (FOTOLAR)</font>

300 milyon il əvvəl Azərbaycanın dünyadakı yeri <font color=red> (FOTOLAR)</font>

1 messages.03 15:41 - 2020 Ölkə

Fransanın "La Terre du Futur" saytında yayımlanan "Pangea" (bütün torpaq) araşdırmasında 300 milyon il əvvəl dünyanın necə göründüyü təsvir edilib.
Buta.ws bakupost.az-a istinadən xəbər verir ki, dördüncü və son "super qitə" olaraq bilinən Pangea dövrü Maleozoy və Mezozoy dövrünə təsadüf edir. Mezozoy dövrü başlayanda indiki qitələrin demək olar ki, hamısı nəhəng bir torpaq kütləsi idi və Pangea adı altında birləşmişdi.
 
 
Qitələrin ayrılmazdan əvvəlki görüntüsü
 
 
175 milyon il əvvəl yer üzündəki qitələrin parçalanmağa başladığını göstərən xəritədə okeanların əvəzinə dayaz dənizlər var. Təbii ki, heç bir beynəlxalq sərhəd də mövcud deyil.
 
 
Portuqaliya və Qrenlandiya qonşudur
 
 
 
Xəritədə Aralıq dənizi ilə əlaqəsi olmadığı halda iqlimi və mədəni oxşarlıqlarına görə Aralıq dənizi ölkəsi kimi tanınan Portuqaliya və Qrenlandiyanın qonşu olduqları görünür.
Hindistan
 
 
Hindistan isə bu günün tropik iqlimin hökm sürdüyü Madaqaskar ilə dünyanın ən soyuq qitəsi olan Antarktida arasındadır.
 
Türkiyə
 
 
Pangeadakı ən maraqlı ölkələrdən biri də Türkiyədir. O vaxtkı xəritədə Türkiyənin üç tərəfi dənizlərlə əhatələnməyib, körpü rolunu oynamır və okean ölkəsidir.
300 milyon il əvvəl Azərbaycanın xəritədəki yeri
 
 
Azərbaycanın bu xəritədə hələ ki, Türkiyə ilə uzaq olduğu görünür. Gürcüstan, Rusiya və İranın bir hissəsi ilə isə sərhədi mövcud olub.
Elm insanları qitələrin hələ də hərəkətdə olduğunu və dəyişdiyini bildiriblər.
 
 
Çox sayda elm adamı Avstraliya Asiyaya doğru yaxınlaşdığını və Afrikanın şərq hissəsinin qitənin qalan hissəsindən ayrılmağa başladığını iddia edirlər.