vaxtdna kenarSORGU Ərdoğan: “Mübarizəmizdən bir an geri qalsaq, daha böyük itkilər verəcəyik”

Ərdoğan: “Mübarizəmizdən bir an geri qalsaq, daha böyük itkilər verəcəyik”

1 messages.03 16:08 - 2020 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa birlik-bərbərlik çağırışı edib.

 

Buta.ws APA-ya istinadən bildirir ki, Türkiyə prezidenti rəsmi Twitter hesabında belə bir açıqlama yayıb.

 

Açıqlamada bildirilir: "Türkiyə bu günü və gələcəyi baxımından tarixi və həyati mübarizədədir. Nəticələri ən azı 100 il öncəki qədər böyük olacaq bir mübarizədən ölkəmizin və xalqımızın mənafeyini qoruyaraq zəfərlə çıxmaq üçün gecə-gündüz fəaliyyətimiz davam edir.

 

Tarix boyu işğallara, zülümlərə məruz qalan bu coğrafiyada mübarizəmizdən bir an geri qalsaq, bir an birlik-bərabərliyimizə sahib çıxmasaq, daha böyük itkilər verəcəyik. Bu böyük mübarizə yolumuzda qanlarıyla bu torpaqları bizə vətən edən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Zülmə qarşı verdiyimiz haqq mücadiləsi sonuna qədər davam edəcək".