vaxtdna kenarSORGU Ermənistan əhalisi təşviş içindədir: <font color=red> "Tibbi maskalar yoxdur, koronavirusa yoluxma halı artır"</font>

Ermənistan əhalisi təşviş içindədir: <font color=red> "Tibbi maskalar yoxdur, koronavirusa yoluxma halı artır"</font>

1 messages.03 22:19 - 2020 Dünya

Əhali apteklərdə tibbi maskaların qiymətin baha olmasından ciddi narahatdır.

 

Buta.ws KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə “Maariflənmiş Ermənistan” fraksiyasının üzvü Ani Samsonyan özünün “Facebook” səhifəsində yazıb.

 

“Onları məsuliyyətə cəlb etməyin vaxtı gəldi”, -deyən Samsonyan bildirib ki, apteklərdə tibbi maskaların qiymətinin qaldırılması üçün Ermənistan Respublikası İqtisadi Rəqabəti Müdafiə Dövlət Komissiyasının sədri Qeqam Gevorqyana müraciət edir.

 

Müraciətdə İqtisadi Rəqabəti Müdafiə Dövlət Komissiyası dərman dövriyyəsi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə tibbi maskaların, antivirus dərmanlarının və digər tibbi ləvazimatların qiymətlərinin əsassız artımından, habelə bazarda süni qıtlıqların qarşısını almaq üçün çağırış edilib.

 

Lakin vətəndaşlar tibbi maskaların əsassız qiymətinin hələ də apteklərdə saxlanılmasından narahat olurlar. Sosial şəbəkələrdə isə internet istifadəçiləri tərəfindən əhalinin təşviş içərisində olduğu bildirilir: “Əhali təçviş içindədir, tibbi maskalar yoxdur, koronavirusa yoluxma halı isə artır”