SORGU Bakıda təkəri sıradan çıxan avtomobil maneəyə çırpıldı <font color=red> - FOTO</font>

Bakıda təkəri sıradan çıxan avtomobil maneəyə çırpıldı <font color=red> - FOTO</font>

2 Mart 09:30 - 2020 Hadisə

Bakının Binəqədi rayonunda yol nəqliyyat hadisəsi baş verib.

 

Buta.ws APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişdiyi dairədə qeydə alınıb.

 

"Mercedes" markalı avtomobil hərəkətdə olarkən qəfildən təkəri sıradan çıxıb. Sürücü idarəetməni itirirək avtomobili əvvəlcə beton səkiyə, daha sonra dəmir arakəsməyə çırpıb. Sürücü yüngül bədən xəsarətləri alaraq xəstəxanaya müraciət edib.