vaxtdna kenarSORGU Azadlığa yeni çıxan Fədayə Laçın axtarışa verilən meyxanaçı ilə <font color=red> BİR YERDƏ - FOTO</font>

Azadlığa yeni çıxan Fədayə Laçın axtarışa verilən meyxanaçı ilə <font color=red> BİR YERDƏ - FOTO</font>

2 messages.03 10:30 - 2020 Maqazin

7 ildir Rusiyada yaşayan Vahid Qədim keçən ilin sonunda azadlığa çıxan Fədayə Laçınla görüşüb.

 

Buta.ws Milli.Az-a istinadən xəbər verir ki, məşhurlar Rusiyada bir toyda qarşılaşıblar.

 

Xatırladaq ki, 2015-ci ildə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verildiyi qeyd edilən və uzun müddətdir Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədimlə bağlı Daxili İşlər Nazirliyi ötən il reaksiya vermişdi.

 

Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Vahid Səfərovun (Qədim) BŞBPİ tərəfindən axtarışa verilməsi barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirmişdi:

 

"Yayılan məlumatlarla bağlı qeyd etmək istəyirik ki, Vahid Səfərov paytaxt polisi tərəfindən deyil, Nizami Rayon İcra və Probasiya şöbəsindən daxil olan qərar əsasında, mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxs kimi Xətai Rayon Polis İdarəsi tərəfindən axtarışa verilib. Ölkəyə qayıdacağı təqdirdə, saxlanılaraq adıçəkilən şöbəyə təhvil veriləcək".

 

Fədayə Laçın isə 2017-ci il oktyabrın 30-da həbs olunub, 2019-cu ilin 29 oktyabrında azadlığa çıxıb. İfaçı "Qoca" ləqəbli kriminal aləmin üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.