SORGU Apteklərdən sürətli koronavirus testi axtaranların <font color=red> NƏZƏRİNƏ</font>

Apteklərdən sürətli koronavirus testi axtaranların <font color=red> NƏZƏRİNƏ</font>

2 Mart 22:35 - 2020 Cəmiyyət

Dünən ictimai nəqliyyatda özünü tibb işçisi kimi təqdim edən bir xanım koronavirusu anında müəyyən edən testlərin olduğunu və onların açıq satışa buraxıldığı dilə gətirildi. Məlum məsələdir ki, insanların bu virusla həyəcana gəldiyi günlərdə məlumat dərhal diqqət çəkdi və hər kəs həmin apteklərin yeri ilə maraqlanmağa başladı. Maska və spirtin çatışmadığı ölkədə yalnız tibb işçilərinin işlədə bildiyi bu testlərin kor-koranə alınması da yeni bir böhrana səbəb olar deyə Bizimyol.info olaraq bu məlumatı verməyi lazım bildik.


Fevalın 2-də Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə ölkəmizə koronavirusu müəyyən edən testlər gətirilib. Həmin testlər Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində saxlanılır və virusa yoluxma şübhəsi olan şəxslərin və onların yaxınlarının qanından istifadə etməklə ilkin diaqnoz qoymaq mümkün olur. Qeyd edək ki, həmin testlər virusa yoluxan şəxslərin hospitalizasiyası üçün ayrılan xəstəxanalara paylanılıb.