vaxtdna kenarSORGU Mütəxəssislər koronavirusa yoluxmanı müəyyən etmək üçün sadə metod təklif edirlər

Mütəxəssislər koronavirusa yoluxmanı müəyyən etmək üçün sadə metod təklif edirlər

2 messages.03 23:16 - 2020 Sağlamlıq

Koronavirus ilk dəfə 1960-cı ildə kəşf edilib və bu gün bir neçə ölkədə qeydə alınan COVID-19 virusu koronavirusun yeni növü hesab olunur. Koronavirusun yeni növü ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uxan şəhərində qeydə alınıb. Koronaviruslar çoxşaxəli viruslar qrupuna aid olsa da, onlardan yalnız yeddi növünün insanlar arasında yoluxma riski var. Virusun əsas təhlükəli tərəfi ağ ciyərdə pnevmoniyanı sürətlə inkişaf etdirməsidir. Virus əsasən ona yoluxan şəxsin öskürməsi və asqırması zamanı ifraz olunan damçılarla yayılır.

 

Buta.ws AZƏRTAC-a istinadən bildirir ki, araşdırmalara əsasən virusayoluxma riski indeksi müəyyənləşdirilib və doqquz yaşına qədər virusa yoluxmuş uşaqlarda ölüm halı ümumiyyətlə qeydə alınmayıb. 10-39 yaş aralığındakı insanlarda bu risk 0,2 faiz, 40-49 yaş aralığında isə 0,4 faizdir. Ən yüksək göstərici yaşı səksən yaşdan yuxarı olanlarda qeydə alınıb.

 

Koronavirusa yoluxmamaq üçün əllərinizi mütəmadi olaraq sabun və ya digər təmizləyici vasitələrlə təmizləmək, insanlarla ünsiyyət zamanı ən azı bir metrlik məsafə dayanmaq tövsiyə olunur.

 

Tayvanlı mütəxəssislər insanlara virusa yoluxub-yoluxmamalarını müəyyənləşdirə bilmələri üçün sadə bir metoddan istifadə etməyi tövsiyə edirlər. Belə ki, hər kəs dərindən nəfəs alaraq nəfəsini on saniyədən artıq saxlamağa çalışaraq bunu müəyyənləşdirə bilər. Əgər bunu edə bilsəniz və bu zaman hər hansısa öskürmə, nəfəs daralma kimi narahatçılıq olmasa, deməli koronavirusla bağlı narahatçılığa əsas yoxdur. Əks təqdirdə həkimə müraciət etməniz tövsiyə olunur.

 

Bununla yanaşı yaponiyalı həkimlərin tövsiyələrinə əsasən boğaz və ağız boşluğu quru qalmamalıdır. Bu səbəbdən hər kəsin ağzının və boğazının nəmli qalması üçün ən azı on beş dəqiqədən bir su içmələri tövsiyə olunur. Bu onunla izah olunur ki, virus ağız nahiyəsi ilə təmas etsə belə su və ya digər maye virusu yemək borusu vasitəsilə mədəyə doğru yönləndirər. Beləliklə mədə şirəsi bu virusu tamamilə zərərsizləşdirər və mümkün təhlükənin qarşısı alınmış olar. Əks təqdirdə virus nəfəs borunuza və oradan da ciyərinizə təmas edə bilər.