Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227

Birinci sinfə qeydiyyatdan keçə bilməyənlər nə etməlidir? - RƏSMİ AÇIQLAMA

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək. Birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək.

 

Buta.ws AZƏRTAC-a istinadən bildirir ki, bunu Təhsil Nazirliyində keçirilən mətbuat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib. O bildirib ki, qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşan, alternativ qeydiyyat mərkəzində övladının qeydiyyatı mümkün olmayan valideynlər aprelin 1-dən etibarən həftənin III və V günləri Apellyasiya komissiyalarına müraciət edə bilərlər.