SORGU Məktəblər və universitetlər bu səbəbdən bağlanıbmış - <font color=red> Baş infeksionist DETALLARI AÇIQLADI</font>

Məktəblər və universitetlər bu səbəbdən bağlanıbmış - <font color=red> Baş infeksionist DETALLARI AÇIQLADI</font>

2 Mart 23:20 - 2020 Cəmiyyət

Azərbaycan hökumətinin koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər məqsədi ilə təhsil müəssisələrində təhsilin müəyyən müddətə qədər dayandırılması təqdir olunası və vaxtında atılan addımdır.

 

Buta.ws xəbər verir ki, bunu ölkə.az-a açılamasında Səhiyyə nazirliyinin baş infenksionisti Cəlal İsayev deyib.

 

Onun sözlərinə görə, respublikamızda koronavirusa yoluxma halları az olsa da, qonşu ölkələrdə, xüsusən də İranda  bu virusa yoluxma halı artmaqdadır.

 

"Qonşu ölkədə vəziyyət gərgin olaraq qalır və belə bir şəraitdə Azərbaycanda  təhsil ocaqlarında təhsilə ara verilməsi məqsədi ilə belə bir qərarın verilməsi müsbət və vaxtında verilən qərardır. Mən bunu müsbət qərar hesab edirəm. Çünki, bu qərar  profilaktik addım olduğundan həm mövcud gərginliyin qarşısının alınmasına, həm də virusun ölkəmizdə ehtimal olunan yayılma hallarının qarşısını almağa xidmət edəcək", - C.İsayev deyib.