vaxtdna kenarSORGU Röya ÜST-ün tövsiyəsinə uyğun olaraq solo konsertinin vaxtını dəyişib

Röya ÜST-ün tövsiyəsinə uyğun olaraq solo konsertinin vaxtını dəyişib

3 messages.03 10:58 - 2020 Maqazin

Xalq artisti Röya Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınmasına yönəlik profilaktik tədbirlərə uyğun olaraq 6,7, 8 və 9 mart tarixlərində Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan «Nazlı» adlı solo konsertinin tarixini dəyişdirib.

 

Buta.ws APA-ya istinadən xəbər verir ki, Xalq artisti nəzərdə tutulan 4 günlük solo konsertin hər birində 3000-dən çox tamaşaçının iştirak edəcəyini nəzərə alaraq Azərbaycanda və bütün dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq bu qərarı verib:

 

“Bu tipli kütləvi tədbirlərdə belə virusun yayılma təhlükəsini nəzərə aldıq. Bizim üçün insanlarımızın, sevimli tamaşaçılarımızın səhhəti ilə bağlı məsələlər vacib olduğu üçün həyata keçirilən profilaktik tədbirlərə dəstək göstərmək qərarını verdik”.