KESDEN GELIR IF OLAN HISSE
SORGU Azərbaycanda toy və yas mərasimləri təxirə salına bilər - <font color=red> AÇIQLAMA</font>

Azərbaycanda toy və yas mərasimləri təxirə salına bilər - <font color=red> AÇIQLAMA</font>

3 messages.03 14:52 - 2020 Cəmiyyət

Demək olar ki, bir çox ölkələrdə yayılan koronavirus təhlükəsinin Azərbaycandan da yan keçməməsi müəyyən profilaktik tədbirlərin görülməsini zəruri etdi. Hökumət tərəfindən yaradılan operativ qərərgah qabaqlayıcı tədbirlərin görülməsi, insanların virusdan qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə əməli fəaliyyətə başladı. Artıq Nazirlər Kabinetinin qərarı ilə ölkənin orta və ali təhsil müəssisələrində dərslər təxirə salınıb. Bundan əlavə qonşu İran və Gürcüstanda virus təhlükəsinin böyük olduğu nəzərə alınaraq, sərhədlər qapadılıb. Virus daşıyıcılarının digər insanları yoluxdurma riskinin böyük olduğunu nəzərə alaraq, hökumət əhalini kütləvi yerlərdə gəzməkdən çəkinməyə çağırır. Bu gün toy və yas məclislərində əhalinin kütləvi cəmləşdiyini nəzərə alsaq, belə tədbirlərin keçirilməsinin qismən məhdudlaşdırılması məsələsi gündəmə gəlir.

 

Bəs, görəsən, aidiyyatı qurumlar bu haqda hər hansı bir təklifl hazırlayaraq hökumətə təqdim ediblər? Ümumiyyətlə, toy və yas məclislərinin keçirilməsini məhdudlaşdırmaq mümkündür?

Aysel Fərziyeva

 

Aysel Fərziyeva: “Koronavirusla bağlı bütün məsələlər mərkəzləşmiş qaydada qərargahda öz həllini tapır”

 

KONKRET.az məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva ilə əlaqə saxlayıb. AQTA sözçüsü bildirib ki, bu cür qərarları Nazirlər Kabineti yanında yaradılan Qərargah qəbul edir: “Koronavirusla bağlı bütün məsələlər mərkəzləşmiş qaydada Qərargahda öz həllini tapır. Hələlik AQTA tərəfindən aidiyyatı strukturlara bu məsələ ilə bağlı hər hansı bir təklif  verilməyib. Lakin daha dəqiq məlumatı Qərargahdan almaq mümkündür”.

 

Eyyub Hüseynov: ”Kütləvi məsələ olduğu üçün, dövlət orqanları xeyir-şər yerlərində mütləq profilaktik tədbirlər görməlidirlər”

Eyyub Hüseynov

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə saytımıza açıqlamasında bildirib ki, dövlət orqanlarının biznes qurumlarının işinə müdaxilə etməsi bazar iqtisadiyyatı şəraitində məqbul sayılmır: ”Lakin kütləvi məsələ olduğu üçün, dövlət orqanları xeyir-şər yerlərində mütləq profilaktik tədbirlər görməlidirlər. Bundan əlavə qaydalara əməl olunması istiqamətində və ya kütləvi toplaşmanın azaldılması barədə müəyyən göstərişlər verilə bilər. Lakin dövlət orqanlarının bu məsələdə radikal mövqe tutması doğru sayılmaz. Yalnız profilaktik tədbirlərin və tövsiyyə xarakterli göstərişlərin verilməsi mümkündür”.