vaxtdna kenarSORGU Bu ölkədə istifadə olunan tibbi maskaları yeni adı ilə satışa göndərdilər

Bu ölkədə istifadə olunan tibbi maskaları yeni adı ilə satışa göndərdilər

3 messages.03 14:57 - 2020 Dünya

Tailandın hüquq-mühafizə orqanları istifadə olunun tibbi maskaları yeni adı ilə satışa göndərən fabriki aşkar edərək bağlayıb.

 

TASS agentliyi xəbər verir ki, bu barədə hadisənin baş verdiyi vilayətin polis idarəsinin rəisi məlumat verib.

 

Onun sözlərinə görə, asayiş keşikçiləri qanunsuz fəaliyyət barədə məlumat əldə etdikdən dərhal sonra müəssisədə yoxlamalar aparıb.

 

Polis istifadə edilən üz maskalarını ütüləyərək, yeni qablaşdırmaya yığan və satışa göndərən altı nəfər işçini hadisə üstündə saxlayıb.

 

Hüquq-mühafizə orqanları bütün üz maskalarını müsadirə edərək, müayinə üçün Ticarət Nazirliyinə göndəriblər.