SORGU İranda koronavirusdan ölənlərin sayı 77 nəfərə çatdı

İranda koronavirusdan ölənlərin sayı 77 nəfərə çatdı

3 Mart 15:11 - 2020 Dünya

İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayını açıqlayıb.

 

Buta.ws “Report”a istinadən məlumatına görə, İran Səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə daha 11 nəfərin bu infeksiyanın qurbanı olduğunu bildirib.

 

Beləliklə, İranda koronavirusdan ölənlərin sayı 77 nəfərə çatıb.

 

Onun sözlərinə görə, daha 835 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 336 nəfərə çatıb. Bu günədək 435 nəfər isə koronavirusdan sağalıb.

 

Ölkənin səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

 

Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 78 ölkə və regionu əhatə edir.

 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 91 347-ə çatıb. Bunların 48 291 nəfəri sağalıb, 3 120 nəfəri isə ölüb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub.