vaxtdna kenarSORGU "Sevincdən ürəyi partlayıb" - Xalq artisti dünyasını avtobusda dəyişib - <font color=red> VİDEO</font>

"Sevincdən ürəyi partlayıb" - Xalq artisti dünyasını avtobusda dəyişib - <font color=red> VİDEO</font>

3 messages.03 15:12 - 2020 Cəmiyyət

Xalq artisti Ağaxan Salmanlının qəfil ölümünün səbəbi açıqlanıb.

 

BAKU.WS xəbər verir ki, mərhumun doğmaları ARB-nin "Çıxış yolu" verilişinə danışıblar.

 

Xanımı Xalq artistinin sevincdən ürəyinin partladığını bildirib:

 

"Hələ də şokdayıq. Kişi uçdu getdi. Yaxşı ata, yaxşı baba idi. Sevincindən ürəyi partladı. 45 il ömür-gün yoldaşı olmuşuq. Çətindir, çox çətindir. Yaxşı olanda lap təsir edir.

 

15-20 gün əvvəl yüngülvari insult keçirmişdi. Səhhəti ilə bağlı heç bir şikayəti yox idi. Ayın 28-i nəvəmizin toyu idi. Toyda deyib-gülüb, rəqs edib. Həmin gecəni sevincdən yatmamışdı. Səhər saat 7-də durub qızımgilə gedirdi. Oradan da teatra məşqə gedəcəkdi. Elə, demək olar ki, sevincindən ürəyi partladı".

 

Qızı Səfiyə xanım deyir ki, atası onlara gələrkən avtobusda keçinib:

 

"Qaynım zəng vurub xəbər verdi. Avtobusa qədər qaça-qaça getdim. Getdim gördüm ağzı açıq qalıb. Həmişə deyirdi ki, sizə əziyyət vermədən ölmək istəyirəm". 

 

Xatırladaq ki, Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti, "Qızıl dərviş" mükafatı laureatı Ağaxan Salmanlı 29 fevralda səhər saatlarında dünyasını dəyişib.