SORGU Rusiyanın təriflənən "Pantsir"ini Türkiyə belə vurdu - <font color=red> VİDEO</font>

Rusiyanın təriflənən "Pantsir"ini Türkiyə belə vurdu - <font color=red> VİDEO</font>

4 messages.03 10:10 - 2020 Dünya

Türkiyənin Suriyanın İdlib vilayətinə yeritdiyi məhdud hərbi kontingentin tərkibindəki hava qüvvələri daha bir uğurlu əməliyyat keçiriblər.

 

Milli.Az bildirir ki, İdlib vilayətindəki Sərakib şəhəri uğrunda gedən döyüşlərdə Türkiyənin "Bayraktar TB-2" uçan pilotsuz aparatı (UPA) Suriya ordusunun "Pantsir S1" (SA-22) zenit-raket artilleriya sistemini dəqiq atəşlə məhv edib.

 

"Pantsir"in yanındakı termal kamera izləri onun Türkiyə hərbi təyyarələrinə atəş açdığını göstərir.

 

Beləliklə, Türkiyə İdlibdə "Bahar sipəri" əməliyyatı başlayandan bəri artıq 2 "Pantsir"i məhv edib.

 

Dünən axşam saatlarında Hələb şəhəri yaxınlığında Suriya ordusunun 2 zenit-raket kompleksi məhv olunub.

 

Xatırladaq ki, Rusiya "Pantsir S1" sistemini "dünyanın ən mükəmməl hava hücumundan müdafiə sistemi", "vurulması mümkün olmayan sistem" kimi reklam edir.