SORGU Əfqanıstanın Azərbaycandakı səfirinin otağı qarət edildi, 60 min manat oğurlandı

Əfqanıstanın Azərbaycandakı səfirinin otağı qarət edildi, 60 min manat oğurlandı

4 Mart 10:14 - 2020 Cəmiyyət

Bakıda səfirlik binası qarət edilib.

 

Buta.wsTrend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 20-də yerləşən inzibati binada baş verib. Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanay Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, naməlum şəxslər onun xidməti otağından 35.255 dollar (59933 manat) oğurlayıblar.

 

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi başladılıb.