SORGU SON DƏQİQƏ: ABŞ-da FÖVQƏLADƏ VƏZİYYƏT <font color=red> – Ölü sayı artır, Tramp olay yerinə gedəcək </font>

SON DƏQİQƏ: ABŞ-da FÖVQƏLADƏ VƏZİYYƏT <font color=red> – Ölü sayı artır, Tramp olay yerinə gedəcək </font>

4 messages.03 11:00 - 2020 Dünya

ABŞ-ın Tennesi ştatını cənginə alan güclü tornado daha bir nəfərin ölümünə səbəb olub.

 

Buta.ws Publika.az-a istinadən xəbər verir ki, bununla da təbii fəlakət zamanı ölənlərin sayı 25-ə çatıb.

 

Neşvil şəhərini yerlə-yeksan edən tornado 140-dan çox binanı dağıdıb. Çox sayda insan dağıntılar altında köməksiz vəziyyətdə qalıb.

 

ABŞ Prezidenti Donald Tramp Tennesi qubernatoru Bill Liyə zəng edib və ştata yardım göndəriləcəyini bildirib. Həmçinin, cümə günü təbii fəlakət bölgəsinə səfər edəcəyini qeyd edib.

 

Qubernator Bill Li ştatda fövqəladə vəziyyət elan edib. O, axtarış-xilasetmə işlərinə yardımçı olmaları və təhlükəsizliyin təmin edilməsi üçün milli mühafizəçiləri olay yerinə ezam edib.

 

Neşvil şəhərində ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Yaxınlıqdakı bütün hava limanları işlərinə müvəqqəti fasilə verib.

 

44 min insanın elektriksiz qaldığı bildirilir.