SORGU ABŞ-da vəkil və "Amazon"un işçisi də koronavirusa yoluxdu

ABŞ-da vəkil və "Amazon"un işçisi də koronavirusa yoluxdu

4 Mart 12:00 - 2020 Dünya

ABŞ-da daha iki şəxsdə koronavirus aşkarlanıb.

 

Milli.Az Nyu-York Post-a istinadla xəbər verir ki, Manhettendə vəkil koronavirusa görə xəstəxanaya yatırılıb. Nyu-York Sağlamlıq Departameninin məlumatına görə, onun vəziyyəti ağırdır. Koronavirusdan əziyyət çəkən şəxs 50 yaşlı Lawrence Garbuz-dur.

 

ABŞ-ın Sietl ştatında yaşayan "Amazon" işçisinin də koronavirusla bağlı test nəticəsi müsbət çıxıb.

 

Qeyd edək ki, ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 128 nəfərdir. Xəstəlikdən 9 nəfər dünyasını dəyişib, 9 nəfər isə sağalıb.