KESDEN GELIR IF OLAN HISSE
SORGU Təcili yardım maşının sürücüsü qısqanclıqdan həkimi öldürdü

Təcili yardım maşının sürücüsü qısqanclıqdan həkimi öldürdü

4 messages.03 14:44 - 2020 Dünya

Rusiyanın Moskva şəhərində təcili yardım maşınının sürücüsü həkimi öldürüb.

 

Buta.ws oxu.az-a istinadən xəbər verir ki, onlar ər-arvad olublar.

 

Bildirilir ki, həmin şəxslərin oğlu polisə müraciət edərək, atasının evdə anasını döydüyünü deyib.

 

Hadisə yerinə gələn hüquq-mühafizə orqanının əməkdaşları mənzilin içəridən bağlanan qapısını aça biliblər.

 

Onlar otaqların birində kardioloq qadını ölü, əri olan sürücünü isə yaralı vəziyyətdə tapıblar.

 

Kişinin arvadını öldürdükdən sonra intihar etmək istədiyi təxmin edilir. Xəstəxanaya çatdırılan həmin şəxsin həyatını xilas edə biliblər.

 

Ölüm faktı ilə bağlı cinayət işi açılıb. İlkin məlumatlara görə, hadisə qısqanclıq zəminində törədilib.