vaxtdna kenarSORGU Məktəblərdəki 1 həftəlik tətil belə kompensasiya olunacaq

Məktəblərdəki 1 həftəlik tətil belə kompensasiya olunacaq

4 messages.03 16:41 - 2020 Ölkə

“Koronavirus infeksiyası ilə bağlı ölkənin ali və orta ümumtəhsil ocaqlarında dərslərin bir həftəlik təxirə salınması kompensasiya olunacaq”.

 

Buta.ws qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, kompensasiya dərs ilinin uzadılmasının hesabına yox, əlavə dərs saatlarının salınması hesabına həyata keçiriləcək”.

 

Nazir müavini həmçinin hazırda dərslərə verilən fasilənin müddətinin uzadılıb-uzadılmayacağından da danışıb. O bildirib ki, vəziyyətdən asılı olaraq məsələ ilə bağlı qərar veriləcək:

 

“Nazirlər Kabineti tərəfindən Qərargah yaradılıb. Proseslər izlənilir. Nəticədən asılı olaraq müvafiq qərar qəbul ediləcək. Bugünkü tarixə kimi müddətin uzadılması ilə bağlı fikirlər mövcud deyil”.