SORGU Türkiyə-İran sərhədində zəlzələ oldu

Türkiyə-İran sərhədində zəlzələ oldu

4 messages.03 16:56 - 2020 Dünya

Türkiyə-İran sərhədində 4,2 bal gücündə zəlzələ olub.

 

“Report” xəbər verir ki, bunu Türkiyənin Kandilli Rəsədxanası açıqlayıb.

 

Məlumata görə, yeraltı təkan bu gün Bakı vaxtı ilə saat 15:33-də qeydə alınıb. Zəlzələnin episentri 5 km dərinlikdə qeydə alınıb.

 

Zəlzələnin İran tərəfdə baş verdiyi bildirilir.

 

Dağıntı və tələfat barədə hələlik məlumat verilmir.