vaxtdna kenarSORGU İran Azərbaycan sərhədində son vəziyyət - <font color=red> AÇIQLAMA</font>

İran Azərbaycan sərhədində son vəziyyət - <font color=red> AÇIQLAMA</font>

5 messages.03 13:36 - 2020 Ölkə

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında gediş-gəliş əvvəlki kimi deyil.


Bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki:

“Azərbaycan rəsmiləri həmçinin öz vətəndaşlarının İrana səfərinə icazə vermir, lakin İranda qalan vətəndaşlarının ölkəyə geri qayıtmasını təmin edir. Bu vətəndaşlar geri qayıdarkən tibbi müayinədən keçməlidir. Koronavirusa yoluxma halları qeydə alınarsa, onlar karantinə alınacaqlar. Yük avtomobillərinin sərhəddən keçidi qismən təmin olunur və virusa yoluxanlar karantinə alınırlar. Ümumilikdə, iki ölkə arasında gediş-gəliş əvvəlki kimi deyil. Eyni zamanda bildirmək lazımdır ki, İran vətəndaşları üçün təşkili nəzərdə tutulan bütün Novruz tədbirləri ləğv olunur. Səfirlik İranda koronavirusun nəzarət altına alınmasının sərhəd əlaqələrinin normallaşmasına kömək edəcəyinə ümid edir".