vaxtdna kenarSORGU Hazırda əsas karantin xəstəxanaları hansılardır? - <font color=red> Operativ qərargah məlumat verir</font>

Hazırda əsas karantin xəstəxanaları hansılardır? - <font color=red> Operativ qərargah məlumat verir</font>

5 messages.03 13:43 - 2020 Cəmiyyət

"İranla sərhədərdə keçidin məhdudlaşdırma vaxtının uzadılıb-uzadılmayacağı barədə indi fikir söyləmək mümkün deyil".

 

Buta.ws Trend-ə istinadən xəbər verir ki, bunu koronavirusla əlqədar keçirilən brifinqdə Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

 

Onun sözlərinə görə, karantində saxlanılanlar əsasən, İrandan gələn insanlardır:

 

"Karantində saxlanılan 500-dək insanlar əsasən, cənub sərhədlərini keçən insanlardır. Onlar mütləq müayinə olunurlar. Tibb personalının qorunması bizim əsas vəzifəmizdir. Ehtiyac olan hər şey alınır".

 

Y.Qarayeva əlavə edib ki, Bakıda karantində saxlanılan şəxslər yoxdur. Hazırda əsas karantin xəstəxanaları Astara, Cəlilabad və Qobustan xəstəxanalarıdır. Digər xəstəxanalar dəstəkverici müəssisələrdir.

 

Qərargah üzvü bildirib ki, koronavirusun müəyyən edilməsi üçün testlər bu yaxınlarda Azərbaycana gətirilib:

 

"Bunun gətirilməsi mütəmadi olaraq davam edəcək və testlərlə təminat sahəsində heç bir çətinlik olmayacaq".