VAR Bakıda ər arvadını qətlə yetirib - <font color=red> Hadisənin ŞOK SƏBƏBİ</font>

Bakıda ər arvadını qətlə yetirib - <font color=red> Hadisənin ŞOK SƏBƏBİ</font>

5 Mart 20:17 - 2020 Kriminal

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək məhkum olunan Hacıyev Müzəffər Zabit oğlu Ali Məhkəməyə müraciət edib.

 

Buta.ws "Ölkə.az"a istinadən xəbər verir ki, Müzəffər Hacıyev məhkəmədən barəsindəki işin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib.

 

Onun müraciətinə hakim İnqilab Nəsirovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasında baxılacaq.

 

İş üzrə məhkəmə baxış iclası martın 31-nə təyin olunub.

 

Qeyd edək ki, hadisə 2007-ci ildə baş verib. Saat 21.00 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində qəsəbə sakini Müzəffər Hacıyev ailə münaqişəsi zəminində arvadı Bikəxanımı bıçaqla qətlə yetirib. M.Hacıyev könüllü olaraq Sabunçu RPİ 15-ci PB-yə gəlib.

 

Araşdırmalar zamanı M.Hacıyevin həyat yoldaşını dini baxışlarına görə öldürməsi müəyyənləşib.

 

M.Hacıyev Cinayət Məcəlləsinin 120.2.12-ci, yəni,  milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə maddəsi ittiham olunub.