vaxtdna kenarSORGU Bakıda YPX avtomobillərinin təhlükəli manevrləri <font color=red> (VİDEO)</font>

Bakıda YPX avtomobillərinin təhlükəli manevrləri <font color=red> (VİDEO)</font>

5 messages.03 20:56 - 2020 Ölkə

"Report"un redaksiyasına Bakı şəhəri ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarının xidməti avtomobillərini yol hərəkəti qaydalarını pozmaqla idarə etmələrini əks etdirən videogörüntülər daxil olub. 
 

Həmin videogörüntülərdən birində məlum olur ki, sayrışan işıqları işə salmadan Ziya Bünyadov prospektində hərəkətdə olan 99-YP-421 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı YPX avtomobilini sürücü təhlükəli manevrlər etməklə idarə edir. 
 

Digər görüntü isə Yusif Səfərəliyev küçəsində qeydə alınıb. Belə ki, dövlət qeydiyyat nömrəsi dəqiq görünməyən BMW markalı YPX avtomobili təhlükəli manevrlər etməklə hərəkətdə olan digər nəqliyyat vasitəsinin qarşısını kəsdikdən sonra sayrışan işıqları qoşur. 
 

Həmin görüntüləri təqdim edirik: