SORGU SON DƏQİQƏ: Rusiya və Türkiyə razılığa gəldi <font color=red> - Ərdoğan atəşkəsin başlayacağı saatı açıqladı</font>

SON DƏQİQƏ: Rusiya və Türkiyə razılığa gəldi <font color=red> - Ərdoğan atəşkəsin başlayacağı saatı açıqladı</font>

5 Mart 21:59 - 2020 Dünya

Rusiya prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında Suriya mövzusunda 2 saat 40 dəqiqə təkbətək görüş baş tutub.

 

Buta.ws "Ölkə.Az"a istinadən xəbər verir ki, təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş olub. Daha sonra isə prezidentlər mətbuata açıqlama veriblər.

 

İlk açıqlama verən Putin "Astana görüşlərinin vacibliyində ortaq məxrəcə gəldik. Görüşün sonunda ortaq bir sənəd hazırlandı. Bu sənəd İdlibdə atəşkəsin təmin edilməsi ilə bərabər mülki əhalinin iztirablarına son qoyulmasına səbəb olacaq" deyib.

 

Ərdoğan isə açıqlaması zamanı "Bu görüşü Türkiyədə həyata keçirəcəkdik. Sizin burada konstitusiya işləri ilə əlaqədar burada görüşdük. Bu gün burada atacağımız addım, verilən qərarlar həm bölgəni, həm də ölkələrimizi rahatlaşdıracaq. Atəşkəs bu gecə saat 00:00-da qüvvəyə minəcək" deyib.

 

Qeyd edək ki, görüş ümumilikdə 5 saat 40 dəqiqə davam edib.