SORGU SON DƏQİQƏ! Məşhur futbolçu koronavirusa yoluxdu <font color=red> - FOTO</font>

SON DƏQİQƏ! Məşhur futbolçu koronavirusa yoluxdu <font color=red> - FOTO</font>

6 Mart 07:48 - 2020 İdman

Danimarka yığmasının sabiq futbolçusu Tomas Kalenberq koronavirusa yoluxub.

 

Buta.ws Oxu.az-a istinadən xəbər verir ki, bu yaxınlarda Amsterdamdan qayıdan 36 yaşlı Kalenberq Danimarka çempionatında çıxış edən “Brondbü” və “Lyünqbü” komandalarının görüşməsini canlı izləyib.

 

Bundan sonra 2010-cu ildə keçirilən futbol üzrə Dünya çempionatının iştirakçısında koronavirus aşkar edilib.

 

Kopenhaqeni təmsil edən “Brondbü” klubundan verilən məlumata əsasən, Kalenberqlə təmasda olan klubun 13 əməkdaşı, o cümlədən müdafiəçi Joel Kabonqo, məşqçinin müavini Martin Retov və baş dirketor Ole Palma ev karantininə göndərilib.

 

Həmçinin, Kalenberqlə görüşən üç “Lünqbü” futbolçusu – Martin Ornskov, Kasper Yorqensen və Patrik da Silva əsas heyətdən təcrid edilib.