SORGU Prezident Lalə Məmmədovaya 3 otaqlı mənzil hədiyyə etdi

Prezident Lalə Məmmədovaya 3 otaqlı mənzil hədiyyə etdi

6 Mart 09:51 - 2020 Mədəniyyət

Prezident İlham Əliyev Əməkdar artist Lalə Məmmədovaya ev hədiyyə edib.

 

Buta.ws Sabah.az-a istinadla xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən mənzil 3 otaqdan ibarətdir.
 

Lalə Məmmədova açıqlamasında məlumatı təsdiqləyib. O deyib ki, ad gününə bundan gözəl hədiyyə ola bilməzdi:

 

"Ölkə başçısına təşəkkür edirəm. Heydər Əliyev Fondu da təmir işlərini öz üzərinə götürdü. Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya da minnətdaram.

 

Sırf sənətlə məşğul olduğum üçün ev ala bilmirdim. Buna ehtiyacım var idi. İnşallah, balalarımla bu evdə yaşayacam”