SORGU Fədayə Laçının həbs olunmamışdan <font color=red> öncəki LÜKS AVTOMOBİLİ - FOTO</font>

Fədayə Laçının həbs olunmamışdan <font color=red> öncəki LÜKS AVTOMOBİLİ - FOTO</font>

6 Mart 10:14 - 2020 Maqazin

Müğənni Fədayə Laçın son paylaşımı ilə diqqət mərkəzinə düşüb.

 

Buta.ws Milli.Az-a istinadən xəbər verir ki, müğənni azadlıqdan məhrum olmamışdan öncə idarə etdiyi 99 DF 099 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı lüks avtomobilinin fotosunu sosial şəbəkə hesabından paylaşıb.

 

Fədayə paylaşımına "Maşın söhbəti yaman getdi haa. Bu mənim sonuncu maşınım olub. Olanda reklam etməmişəm ha, yoxdu deyə paylaşdım. Allah arzusunda olanlara qismət eləsin, mənə də inşəAllah" şərhini yazıb.

 

Xatırladaq ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub, 2019-cu ilin 29 oktyabrında azadlığa çıxıb. İfaçı "Qoca" ləqəbli kriminal aləmin üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.