Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227

Sumqayıt yolunda hərəkət dayandı

Balaxanı-Novxanı-Sumqayıt yolunda hərəkət dayanıb.
 

Buta.ws BakuPost.Az-a istinadən xəbər verir ki, sözügedən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti iflic olub, böyük tıxac yaranıb.


Yolun Sumqayıt istiqamətində hərəkət tamamilə dayanıb. Yüzlərlə avtomobil yolda qalıb. Tıxaca səbəb Bakı-Sumqayıt yolunda təmir işlərinin aparılmasıdır. Həmin istiqamətdə də avtomobillərin hərəkəti çətinləşib.


Tıxac bir saatdan çoxdur davam edir.