vaxtdna kenarSORGU ÜST COVID-19-un yoxa çıxacağı tarixdən danışdı

ÜST COVID-19-un yoxa çıxacağı tarixdən danışdı

7 messages.03 09:23 - 2020 Dünya

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində Fövqəladə Hallar Proqramının icraçı direktoru Maykl Rayan media üçün keçirilən brifinqdə koronavirusun (COVID-19) yoxa çıxma müddəti barədə danışıb.

 

Buta.ws Polemika.az-a istinadən xəbər verir ki, Translyasiyanın yazısına ÜST-nın “Twitter” səhifəsində baxmaq olar.

 

“Koronavirus yayda yoxa çıxsa, bu, taleyin hədiyyəsi olar, lakin buna bel bağlamağa dəyməz”, - deyə Rayan bildirib.

 

Onun sözlərinə görə, virus qrip kimi asan yox olmayacaq.  

 

“Hazırda bunun baş verəcəyini hesab etməyə əsas yoxdur. Buna görə də, öz-özünə keçəcəyinə ümid etmədən, virusla indi mübarizə aparmaq lazımdır”, - deyə ÜST rəsmisi qeyd edib.