vaxtdna kenarSORGU Bakının məşhur körpülərindən birinin söküntüsünə başlanıb

Bakının məşhur körpülərindən birinin söküntüsünə başlanıb

7 messages.03 10:53 - 2020 Cəmiyyət

"28 May" küçəsindəki dəmiryol körpüsü bu gündən sökülməyə başlanıb.

 

Buta.ws xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

 

Qeyd edək ki, 28 may küçəsində yerləşən körpüdən əvvəllər dəmiryolu xətti keçib. Lakin bu xətt hazırda fəaliyyət göstərmir və körpünün ərazidə yerləşməsi heç bir əhəmiyyət daşımır. Əksinə sürücülərin və sərnişinlərin hərəkətinə maneə yaradır. Hərəkətə maneə yaradan əsas səbəb isə körpünün dayağının yolun hərəkət zolağının üzərinə düşməsidir. Körpü söküldükdən sonra, məsələ həllini tapacaq.

 

Körpünün sökülməsi ilə əlaqədar avtomobillərin sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırıldığından bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib. Belə ki, 1, 2, 4, 21, 30, 32, 46, 49 və 175 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdirilərək alternativ küçələrdən, yəni Üzeyir Hacıbəyov, Kövkəb Səfərəliyeva və Puşkin küçələri ilə təşkil ediləcək.

 

Söküntü işlərinin martın 9-u axşam saatlarına qədər aparılması nəzərdə tutulub.