vaxtdna kenarSORGU Azərbaycanda çörəkbişirmə sobalarının istehsalı artırılır

Azərbaycanda çörəkbişirmə sobalarının istehsalı artırılır

7 messages.03 10:48 - 2020 İqtisadiyyat

"Azərbaycanın "TITAN GROUP" korporasiyası çörəkbişirmə prosesində istifadə olunan rotasiya sobalarının istehsalı həcmini artırır".

 

Buta.ws xəbər verir ki, bunu Trend-ə korporasiyanın meneveri Lalə Hüseynova deyib.

 

Onun sözlərinə görə, şirkət bu il rotasiya sobalarının istehsalını 2-2,5 dəfə artırmağı planlaşdırır:

 

"Hazırda korporasiya 10 soba istehsal edib. Bu il istehsalın 25 ədədədək çatdırılması planlaşdırılır. Şirkət rotasiya sobaları ilə yanaşı konveksiya sobaları da buraxır. Bu sobalar da çörəkbişirmə prosesində istifadə olunur"

.

Menecer bildirib ki, ötən korporasiyanın satdığı çörəkbişirmə avadanlıqlarının ümumi məbləği 100 min manatdan çox olub.

 

Çörək istehsalında tətbiq olunan bütün avadanlıq növlərinin qiyməti 10-11 min manat təşkil edir.