vaxtdna kenarSORGU Azərbaycanda tikinti materiallarının istehsalı dəfələrlə artacaq

Azərbaycanda tikinti materiallarının istehsalı dəfələrlə artacaq

7 messages.03 11:02 - 2020 İqtisadiyyat

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası inşaat materialları istehsalının həcmini artırmağı planlaşdırır.

 

Buta.ws xəbər verir ki, bu barədə Trend-ə assosiasiyanın sədri Elxan Bəşirov bildirib.

 

"Hazırda inşaat bazarında tikinti materiallarına tələbatın azalması ilə bağlı əlverişsiz vəziyyət yaranıb. Əvvəlki iki illə müqayisədə tələbat əhəmiyyətli dərəcədə azalıb", - deyə Bəşirov vurğulayıb.

 

Onun sözlərinə görə, ümumi satış həcminin 2,5 faizi xarici ölkələrə ixracın payına düşür.

 

E.Bəşirov qeyd edib: "2020-ci ildə biz tikinti materiallarının istehsalını 80 faiz artırmağı planlaşdırırıq".


"Cari ilin əvvəlindən xaricdə ən çox şüşə, parket və fasad materialları tələbat var. Tikinti materiallarının maya dəyərinin təxminən 30 faizini dəmir yolu, avtomobil və ya dəniz nəqliyyat xərcləri təşkil edir. Dünyanın heç bir yerində belə şey yoxdur. Hesab edirik ki, nəqliyyat xərcləri məhsulun maya dəyərinin maksimum beş faizini təşkil etməlidir", - Assosiasiya sədri deyib.