vaxtdna kenarSORGU Azərbaycanda dərslərin dayandırılması müddəti uzadıldı <font color=red> - RƏSMİ QƏRAR</font>

Azərbaycanda dərslərin dayandırılması müddəti uzadıldı <font color=red> - RƏSMİ QƏRAR</font>

7 messages.03 17:48 - 2020 Ölkə

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

Bu barədə Buta.ws-ə Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib. 

 

Nazirlər Kabinetinin Sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.