vaxtdna kenarSORGU Koronavirus insandan itə keçə bilər <font color=red> - İDDİA</font>

Koronavirus insandan itə keçə bilər <font color=red> - İDDİA</font>

7 messages.03 19:40 - 2020 Ölkə

Honkonqun Kənd Təsərrüfatı, Balıqçılıq və Təbiəti Mühafizə Departamenti təsbit edib ki, SARS-CoV-2 - koronavirus insandan itlərə, eləcə də digər ev heyvanlarına keçə bilər.

 

Buta.ws Day.az-a istinadən bildirir ki, alimlər bu faktla razılaşaraq bildirirlər ki, itlərdə bu xəstəlik kəskin keçmir və virusun heyvanlardan insana yoluxması isə mümkün deyil.

 

Qeyd edək ki, bir müddət öncə itin sahibindən koronavirusa yoluxması halı baş vermişdi. İtdə xəstəliyin simptomları ağır müşahidə edilməsə də, heyvan karantinə yerləşdirilmişdi.

 

Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri belə bir fikirdədirlər ki, virusun insandan heyvanlara ötürülməsi nadir istisna hal ola bilər.