Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227

Dostu şəhidə vəfa borcunu belə ödədi - VİDEO

Aprel döyüşlərində şəhid olan Samir Kaçayevin qəbirüstü abidəsini onun ən yaxın dostu hazırlayıb.

 

Buta.ws Xezerxeber.az-a istinadla xəbər verir ki, 2016-cı il aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin qəbirüstü abidəsini heykəltəraş dostu Rahib Qarayev hazırlayıb.

 

Abidə Şamaxı rayon, Məlhəm kənd qəbiristanlığında şəhidin dəfn olunduğu məzarın üzərində ucaldılıb.

 

Rahib Qarayev deyib ki, şəhid Samir Kaçayev sağlığında həm istedadlı heykəltəraş, həm də yaxşı dost olub.

 

Şəhidin atası Ziyəddin Kaçayev isə ötən gün Samirin doğum günü olduğunu, hər zaman tələbə yoldaşları və dostları tərəfindən onun xatirəsinin yad edildiyini bildirib.

 

Qeyd edək ki, əvvəllər də bir neçə şəhidimizin abidəsini hazırlayan heykəltəraş Rahib Qarayev Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı, Qarabağ Müharibəsi iştirakçısı Albert Aqarunovun heykəlinin də həmmüəllifidir.