vaxtdna kenarSORGU Dərslər mayın 1-dək təxirə salınır? <font color=red> - RƏSMİ AÇIQLAMA</font>

Dərslər mayın 1-dək təxirə salınır? <font color=red> - RƏSMİ AÇIQLAMA</font>

8 messages.03 16:56 - 2020 Ölkə

“Koronavirus təhlükəsi ilə əlaqədar təhsil müəssisələrində tədris, təlim və tərbiyə prosesinin dayandırılması müddətinin mayın 1-dək uzadılması barədə yayılan xəbər həqiqəti əks etdirmir”.

 

Buta.ws xəbər verir ki, bunu APA-ya açıqlamasında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 

İ.Məmmədov deyib ki, bu, tamamilə yanlış xəbərdir.

 

İ.Məmmədov xatırladıb ki, dünən Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınıb:

 

“Bu müddətin mayın 1-nə qədər uzadılması barədə yayılmış xəbər isə tamamilə yalandır”.