vaxtdna kenarSORGU iPhone 9 (SE 2) haqqında gəzən ən son şayiələr: <font color=red> Satış tarixi, Touch ID və $399</font>

iPhone 9 (SE 2) haqqında gəzən ən son şayiələr: <font color=red> Satış tarixi, Touch ID və $399</font>

8 messages.03 23:56 - 2020 İKT

2020-ci ildə Apple'dan 5 yeni modelin təqdimatı gözlənilir. Modellərin hər il olduğu kimi yalnız bayraqdar (flaqman) yox, həmçinin orta büdcəli olacağı deyilir. Həmin orta büdcəli model illərdir hər kəsin gözlədiyi iPhone SE'nin davamı iPhone SE 2 yaxud iPhone 9 modelidir. Buna kimi model haqqında xeyli şayiələr yayılıb və artıq smartfonun necə olacağını təsvir etmək mümkündür. Hətta yayılan şayiələr əsasında modelin satış tarixi, qiyməti və xüsusiyyətləri də məlumdur.

 

QİYMƏT


Buta.ws techland.az-a istinadən bildirir ki, şirkətin əvvəlki smartfonlardan yalnız iPhone SE aşağı qiymətə təklif olunub və digər modellərin $999-a təklif olunması $399-a təklif olunan SE'nin uğurlu olmasına mane olmadı. Məşhur analist Ming-Chi Kuo'nun ehtimalına əsasən yeni iPhone 9 modeli də $399-a təklif olunacaq. 2020-ci ildə "Alma" şirkətinin aşağı qiymətli smartfonu təqdim etməsi aşağı seqment bazarı da ələ alacağı deməkdir. Əgər son tendensiyalara baxsaq bu addımın doğru olduğunu görə bilərik çünki son statistikalara görə orta və aşağı sinif smartfonlara təlabat hər gün artmaqdadır. Apple, bu tendensiyanı çox yaxşı anlayır və bu addımı atır. Modelin təqdimatında əsas səbəblərdən biri isə ucuz modellərlə Hindistan və Çin bazarında Çin brendlərinin "krallığına" təsir etmək və bazarda daha böyük paya sahib olmaqdır.

 

XÜSUSİYYƏTLƏR


Ming-Chi Kuo'ya görə model 3GB RAM və iPhone 11 modellərində istifadə olunan ən yeni A13 bionic prosessoru ilə təhciz olunacaq. iPhone 9, SE'dən fərqli olaraq 4.7-inch ekrana sahib olacaq və iPhone 8-dən sonra ilk dəfə Touch ID ilə işləyəcək. Qeyd edək ki, iPhone X-dən indiyə kimi təqdim olunan bütün modellərdə Face ID texnologiyasından istifadə olunub. Hətta gözlənilən modelin bir yox, daha yaxşı ikincisinin də təqdim olunacağı gözlənilir: iPhone SE 2 Plus. Modelin sadə versiyadan əsas fərqi 5.5- yaxud 6.1-inch LCD displeydir. Digər xüsusiyyətlərin eyni olaraq qalacağı gözlənilir.

 

TƏQDİMAT TARİXİ


Modelin təqdimat tarixi 2020-ci il Mart ayının 31-i olacağı gözlənilir. Əlbəttə bu tarixə bütün texnologiya dünyasına xeyli təsir edən Koronavirus imkan versə. Xəstəlik səbəbi ilə şirkətin rüblük gəlir gözləntisi həyata keçməyə bilər. Hər-halda bizə yalnız gözləmək qalır.