vaxtdna kenarSORGU “Qadının kişinin qabırğasından yaranması əfsanədir!” <font color=red> - Dinşünas alimdən qalmaqallı AÇIQLAMA</font>

“Qadının kişinin qabırğasından yaranması əfsanədir!” <font color=red> - Dinşünas alimdən qalmaqallı AÇIQLAMA</font>

9 messages.03 00:15 - 2020 Maraqlı

"Qadının kişidən, onun qabırğasından yaranması əfsanədir keçib dinlərə, dinlərdən də mədəniyyətlərə, eləcə də qadınları zaman-zaman aşağılayan adət-ənənələrə...".

 

Buta.ws Modern.az-a istinadən xəbər verir ki, bu fikirləri tanınmış dinşünas Nəriman Qasımoğlu bildirib.

 

Onun sözlərinə görə, "Quran"da (Qadınlar surəsi, ayə 1) isə bütün insanların tək bir candan yaradılması vurğulanır, tək bir cismdən yox ki, onun da qabırğasından başqası yaransın.

 

"Oxu-da ("Quran"da) qeyd edilir ki, o tək candan onun tayı, yəni can tayı yaranmış öncə. Və bu iki candan çoxlu sayda kişilərlə qadınların yaradılması vurğulanır",-deyə N.Qasımoğlu bildirib.

 

Qeyd edək ki, bəzi kitablarda iddia olunur ki, guya Allah-Təala Həvvanı Adəmin qabırğasından yaradıb. Hətta bir sıra din üləmaları məsələyə daha da "dəqiqlik" gətirərək, Həvvanın Adəmin sol qabırğasından yarandığını söyləyiblər.